“Donald Tramp qorxusu” ilə yaşayanlar bu əsərləri oxuyur

“Donald Tramp qorxusu” ilə yaşayanlar bu əsərləri oxuyur
1 fevral 2017
# 15:29

Corc Oruellin “1984” adlı antiutopik əsərinin ABŞ-da satışı 200 dəfəyə qədər artıb. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə roman Amazon.com nəhəng onlayn mağazasının bestsellerləri sırasında birinci yer tutub.

Kitabın müəllif hüquqlarının sahibi olan Penguin nəşriyyatı təkcə ötən həftə tirajı 75 min nüsxə də artırıb. Qərb mətbuatı romana olan tələbatı ABŞ prezidenti Donald Tramp inaqurasiyasından sonra verdiyi qərarlarla əlaqələndirirlər.

Son vaxtlar antiutopik əsərlərə tələbat xeyli artıb. Orueldən sonra bu sırada Sinkler Luisin “Bizdə bu mümkün deyil” əsəri də yer alır. Bundan başqa siyahıda Oldos Hakslinin “Cəsur, yeni dünya” romanı da var.

# 1094 dəfə oxunub

Müəllifin son yazıları

# # #