Notr-Damın qülləsinin bərpası üçün müsabiqə keçiriləcək

Notr-Damın qülləsinin bərpası üçün müsabiqə keçiriləcək
18 aprel 2019
# 10:43

Fransa Notr-Dam kilsəsinin qülləsinin bərpası üzrə beynəlxalq müsabiqə keçirmək niyyətindədir.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin baş naziri Eduar Filip bunun müasir zamanın texnikasına və çağırışına uyğun kosntruksiyanın yaradılmasına kömək edəcəyini söyləyib.

Hələlik bərpanın neçəyə başa gləcəyi haqda məlumat verilmir. Lakin bərpa üçün artıq 880 milyon avro toplanıb.

Xatırladaq ki, aprelin 15-də Parisin məşhur Notr-Dam kilsəsində yuanğın baş verib. Yanğın nəticəsində kilsənin damı və qülləsi, saatlar məhv olub. Yanğını aprelin 16-ı səhər söndürmək mümkün olub.

# 1892 dəfə oxunub

Müəllifin son yazıları

# # #