Bu gün Silahlı Qüvvələr Günüdür

Bu gün Silahlı Qüvvələr Günüdür
26 iyun 2024
# 00:00

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Kulis.az-ın məlumatına görə, Ordunun yaradılmasından 106 il keçir.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb.

2020-ci ilin sentyabrın 27-də ordumuz işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazandı. İşğal altında olan torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

# 419 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #