Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub
18 iyul 2018
# 10:10

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə əməkdar artist Mübariz Həmidov Sumqayıt Dövlət Dram Teatrının direktoru təyin edilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, yeni direktor bu gün teatrın kollektivinə təqdim olunub.

Qeyd olunub ki, M. Həmidov 2006-cı ildən 2018-ci ilədək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru işləyib.

# 1018 dəfə oxunub

Müəllifin son yazıları

# # #