Salam Sarvan: “Çingiz Abdullayev Yazıçılar Birliyindən qovulmalıdır"

Salam Sarvan: “Çingiz Abdullayev Yazıçılar Birliyindən qovulmalıdır"
18 iyun 2019
# 10:08

Tanınmış şair Salam Sarvan gənc yazar Elşad Baratın Azərbaycan Yazıçılar Birliyindən azad edilməsinə münasibət bildirib.

Kulis.azın verdiyi xəbərə görə, şair fikrini belə ifadə edib:

“Elşad Baratı AYB-dən çıxarılması münasibətilə təbrik edirəm. Əşi, yaxşı bir yer olsaydı, mən üç il qabaq çıxmazdım o təşkilatdan. Onsuz da, növbəti qurultayda Anar müəllimin özünü də oralardan çıxaracaqlar. Çingiz Abdullayevlə Rəşad Məcidi isə AYB-nin ədalətli üzvləri imza toplayıb Birlikdən qovdurmalıdırlar - istedadsız olduqlarına görə. Çün istedadsız ola-ola yaradıcılıq ocağı sayılan bir quruma soxulmaq ayıbdı, üstəlik bu adamların həmin qurumda söz sahibi olmasını həzm eləmək təşkilat üzvləri üçün diskomfortdu.

Əşi, bu Elşad bizim hamımızı tənqid edir də, necə olur ki, biz normal qəbul edirik, amma siz dözmürsüz?! Çün kompleksiniz var, narahatsız, qurcalanırsız, özünüzdən arxayın deyilsiz.

Vay dədəə, ağsaqqal-ağsaqqal kişilərin əməllərinə, oyun-oyuncaqlarına bax, sən canın. Vallahi, mən yerə girərdim, heç quyruğumu da bayırda qoymazdım."

# 2089 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #