Azərbaycanlı professor yazıçıların beynəlxalq forumunda

Azərbaycanlı professor yazıçıların beynəlxalq forumunda
24 yanvar 2018
# 10:03

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı yanvarın 19-dan 22-dək Cənubi Koreyanın Seul və Pyeongchang şəhərlərində keçirilən Dünya Yazıçılarının Beynəlxalq Humanitar Forumunda iştirak edib.

Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyi, Seul Milli Universiteti və Starfield kitabxanasının birgə təşkil etdiyi forum “Yeni nəsil yazıçılar təbiət, həyat və barışla dolu dünya uğrunda” adı altında keçirilib. Forumda beş bölmə – bölücülük və konflikt, yoxsulluq, dil və mədəniyyət müxtəlifliyi, təbiət və ekologiya, gender problemi çərçivəsində məruzələr söylənilib. Müzakirələrdə ölkənin nüfuzlu mətbuat orqanlarının təmsilçiləri iştirak edib.

BDU-dan bildiriblər ki, dünyanın 25 ölkəsindən 200-dək yazıçı, şair və dramaturqun qatıldığı konfransda Azərbaycanı təmsil edən Vaqif Sultanlı “Müasir dünyada sülh və yazıçının missiyası” (“Peace in the modern World and Writers’ mission) mövzusunda məruzə ilə çıxış edib. Forumda oxunan məruzələr Koreya və ingilis dillərində kitab halında nəşr olunub.

Tədbirin sonuncu günü Cənubi Koreya ilə Şimali Koreyanı ayıran qapalı sərhəd bölgəsinə səfər edən forum iştirakçılarına İkinci Dünya müharibəsindən sonra ikiyə bölünmüş ölkənin tarixi ilə bağlı sənədli film nümayiş etdirilib.

# 1091 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #