İyulun 22-i Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının Musiqi şöbəsinin şagirdi, Beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin “My moonlight” (Ay işığım) adlı solo konserti keçirilib.
Kulis.az xəbər verir ki, skripka ifaçısı xüsusi seçilmiş klassik-romantik əsərlərdən ibarət repertuarını müəlliminə, məktəbinə həsr edib və aparıcı konsertmeyster, baş müəllim Svetlana Əhmədovanın müşayiəti ilə yüksək səviyyədə səsləndirib.
- Köhnə sevgili - ŞEİR
- Dənizçi “Dəniz bizi Allaha yaxınlaşdırır ” MÜSAHİBƏ
- Elza Seyidcahanın şeirlər kitabı çap olundu
Qeyd edək ki, Surə Rüfət, həmçinin, milli və beynəlxalq səviyyələrdə keçirilmiş müsabiqələrdə iştirak edib. O, sözügedən müsabiqələrdə 14 dəfə birinciliyə layiq görülüb.