Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” keçirilir

Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” keçirilir
28 noyabr 2017
# 09:53

Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirin açılışında çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nəsirov Şərqin zəngin mədəniyyətinə, ənənələrinə malik Azərbaycanın Özbəkistanla yaxınlığı, dil, din, adət və ənənə, eyni soykökü daşıyan xalqlar arasındakı münasibətlər barədə danışıb.

O, Azərbaycanla əlaqələrə xüsusi önəm verdiklərini və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi “Azərbaycan mədəniyyəti həftəsi”nə Səmərqənddə marağın böyük olduğunu qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov hər il paytaxt Daşkəndlə yanaşı Özbəkistanın regionlarında da Azərbaycan mədəniyyətinə aid çoxsaylı tədbirlərin keçirildiyini deyib.

Mədəniyyət həftəsi ərzində fotosərgi, Səmərqənd Dövlət Universitetində iki xalq arasında mədəni-ədəbi əlaqələrə dair konfrans, kitab sərgisi, Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2017-ci ildə hazırlanmış və iki xalq arasında dostluğu özündə əks etdirən “Əzəli dostluq riştələri” adlı sənədli filmin təqdimatının nəzərdə tutulub.

Sonra Səmərqənd Dövlət Universitetində Özbəkistanda tanınmış azərbaycanlı maarifçi, pedaqoq, naşir Seyid Rza Əlizadənin adını daşıyan Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin açılışı olub.

# 1038 dəfə oxunub

Müəllifin son yazıları

# # #