"Heroes", "Nashville" serialları və "Scream" filmləri ilə tanınan amerikalı aktrisa Heyden Panettieryenin 36 yaşında gözlənilməz ölümü Hollivudda azyaşlı aktyorların mühafizəsi məsələsini yenidən gündəmə gətirib.
Kulis.az xəbər verir ki, Rouz MakQovan, Anna Pakuin və Melissa Qilbert kimi tanınmış aktrisalar şou-biznesdə azyaşlı aktyorlara qarşı sərgilənən qeyri-etik rəftara və onların erkən yaşda seksual mühitə sürüklənməsinə qarşı sərt etirazlarını bildiriblər.
Aktrisa Anna Pakuin sosial şəbəkə hesabında son bir il ərzində Mişel Traxtenberq (39 yaş), Deyvey Çeys (35 yaş) və Heyden Panettierye kimi üç keçmiş azyaşlı aktrisanın ard-arda vəfat etməsinə diqqət çəkərək, mövcud mühafizə sistemlərinin uşaqları qorumaqda aciz qaldığını vurğulayıb.
Melissa Qilbert isə Kino Aktyorları Birliyini və sənaye rəhbərlərini məsuliyyət daşımağa və təcili hüquqi tənzimləmələr aparmağa çağırıb.
Qeyd edək ki, 4 yaşından aktyorluq edən Panettierye Cənubi Karolinada huşsuz halda tapılıb.
İlkin tibbi müdaxilə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Aktrisanın dəqiq ölüm səbəbi ilə bağlı təhqiqat davam edir.