Bu gün Bakıda, Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində "Jara" Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə mətbuat konfransında festivalın təşkilatçısı, müğənni, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiya şou-biznes nümayəndələri Filip Kirkorov, Ani Lorak, Qriqoriy Leps, Lolita, Yana Çurikova və digərləri iştirak ediblər.
E. Ağalarov bildirib ki, "Jara" Beynəlxalq Musiqi Festivalı ildən-ilə daha geniş şəkildə keçirilir: "Festival dörd gün davam edəcək. Bu dəfə 70-dən çox müğənninin iştirakı nəzərdə tutulub. Mən hər il bizim ölkəyə təşrif buyuran müğənnilərə təşəkkürümü bildirirəm. İnanıram ki, dörd gün ərzində olduqca maraqlı festival olacaq”.
- Yaxşılıq çöllərə töküləsi döy... – Yaralı Bəxtiyarın şeirləri
- Millət vəkili: “Kimisə həbs edəndə Səməd Vurğun susurdu”
- Gənc yazar AYB-dən üzr istədi
F. Kirkorov festivalın təşkilinə görə, E. Ağalarova minnətdarlığını çatdırıb və iyulun 26-da Xalq artisti Aygün Kazımov ilə birlikdə mahnı ifa edəcəklərini qeyd edib.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, "Jara" Beynəlxalq Musiqi Festivalı iyulun 25-dən 28-dək keçiriləcək.