“Maya” filminin növbəti uğuru

“Maya” filminin növbəti uğuru
25 sentyabr 2023
# 16:50

“Maya” Türk Dünyası Film Festivalının açılış filmi seçilib.

Kulis.az bu barədə filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza məlumat verib.

Birinci və İkinci Qarabağ müharibəsindən, əzablı, iztirablı qadın taleyindən bəhs edən “Maya” filmi Festivalın Yayım Şurasının seçimlərində səs çoxluğu ilə açılış filmi seçilib.

Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə 8-ci Türk Dünyası Sənədli Film Festivalının açılış mərasimi oktyabrın 19-23-də Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.

Bundan başqa, Festivalın Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Bosniya və Herseqovina, Şimali Makedoniya və Şimali Kipr Türk Respublikasındakı təqdimatlarında da “Maya” filmi açılış filmi olaraq nümayiş etdiriləcək.

Filmin operatoru Rafiq Əliyev, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

# 842 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #