İlbər Ortaylı Azərbaycan Yazıçılar Birliyinə üzv oldu

İlbər Ortaylı Azərbaycan Yazıçılar Birliyinə üzv oldu
17 aprel 2019
# 13:26

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə ölkəmizə dəvət olunan tanınmış türkiyəli tarixçi, professor İlbər Ortaylı Azərbaycan Yazıçılar Birliyində (AYB) olub.

AYB-dən bildirilib ki, uzun illərdir dostluq münasibətində olduğu birliyin sədri, Xalq yazıçısı Anarla görüşən İlbər Ortaylı ölkəmizə səfəri və təşkil edilmiş görüşlərlə bağlı məlumatları bölüşüb.

Yazıçılar Birliyinin sədri Anar dostu, professor İlbər Ortaylının Azərbaycana səfərinin təşkil edilməsindən məmnunluğunu ifadə edərək qonaqlara AYB-nin tarixi, fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Sonra AYB sədri türkiyəli tarixçi, professor İlbər Ortaylıya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsini təqdim edib. /azertag.az/

# 2907 dəfə oxunub

Müəllifin son yazıları

# # #