Aprel döyüşlərindən bəhs edən romanın təqdimatı olacaq

Aprel döyüşlərindən bəhs edən romanın təqdimatı olacaq
5 aprel 2018
# 10:19

Məhbubə Hacıyevanın “Taclı Bəyim” və “9 Sevdalı” romanlarının təqdimatı və imza günü keçiriləcək. Kulis.azın məlumatına görə tədbir aprelin 8-i Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosasiyasında baş tutacaq.

“Taclı Bəyim” romanı XVI əsrdə Səfəvilər dövlətinin yarandığı dövrdən, Şah İsmayıl Xətainin xanımı Taclı Bəyimin həyatından bəhs edir. Əsər mənbələrə istinadən o dövrün qaranlıq məqamlarına aydınlıq gətirir. Şah İsmayıl Xətai və Osmanlı sultanı Yavuz Səlim qarşıdurması, Çaldıran döyüşü, Şah Təhmasib Mirzənin gənclik illəri, Taclı Bəyimin Səfəvi dövlətindəki nüfuzu, onun sürgün olunması və ölümü haqqında oxucu maraqlı məlumatlar əldə edə bilər.

“9 Sevdalı” adlı ikinci kitab isə son məlum Aprel döyüşlərində ərgərlərimizin Qarabağda işğalçı erməni ordusuna qarşı göstərdikləri şücaətdən bəhs edir. Kəşfiyyat məqsədilə düşmən tərəfə keçib diversiya törədən 9 igidimiz mətinlə vuruşaraq onların təxribat planlarını pozurlar. Romanda əsir düşmüş qız-gəlinlərimizin acı taleyi də əks olunmuşdur. Kimliyini gizlədərək 23 il düşmənlərin əhatəsində yaşayan bir azərbaycanlı qadının çətinliklərlə üzləşsə də doğma el-obasını tərk etməməsi yurda bağlılığının bariz nümunəsidir.

Məhbubə Hacıyeva“Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri”, “Səadət”dən qopan qorxu” adlı kitabların müəllifidir.

Təqdimat İstiqlaliyyət pr. 57 ünvanında, İçərişəhər metrosunun yanı, İqtisadiyyat Universitetilə üzbəüz “Ağ çiçəyim” in üst mərtəbəsində saat 15.00-da baş tutacaq.

Giriş sərbəstdir.

# 1055 dəfə oxunub

Müəllifin son yazıları

# # #