"Bahar və Buz qızı" nağıl şousu təqdim olundu

"Bahar və Buz qızı" nağıl şousu təqdim olundu
22 mart 2024
# 10:20

Novruz bayramı münasibətilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ssenari müəllifi Əməkdar artist Ramil Qasımova məxsus olan fantastik, milli və müasir üslubda hazırlanan "Bahar və Buz qızı" uşaq nağıl şousu nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, rollarda Gəncənin gənclərindən ibarət aktyorlar Ürfanə Əzimova, Aysu Kərimova, Ceyhun Qurbanov, Rəsul Quliyev, Tofiq Quliyev, Ruslan Bayramov, Amin Hüseynov, Almas Qasımova çıxış ediblər.

Nağıl şouda Buz kraliçasının sifarişi ilə Doktor Jon tərəfindən oğurlanan Bahar qızını dostları Səbiş və Aquş xilas edir.

Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.

# 574 dəfə oxunub

Müəllifin son yazıları

# # #