“Leyli və Məcnun” operasının 110 yaşı qeyd olunacaq

“Leyli və Məcnun” operasının 110 yaşı qeyd olunacaq
7 fevral 2018
# 09:48

Fevralın 11-də Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası nümayiş olunacaq.

Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Leyli və Məcnun” operasının 110 illik yubileyi çərçivəsində nümayiş ediləcək tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - xalq artisti Mənsum İbrahimov (Məcnun), gənc və istedadlı muğam ustası Arzu Əliyeva (Leyli), əməkdar artistləri Cahangir Qurbanov (Nöfəl), Təyyar Bayramov (İbn-Səlam), xalq artisti Sabir Əliyev (Şeyx), solistlər Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Nəzər Bəylərov, teatrın xor kollektivi və simfonik orkestri çıxış edəcəklər.

Səhnə əsərinin dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

# 1161 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #