Braziliyada məşhur rəssamların qravürləri oğurlandı

Braziliyada məşhur rəssamların qravürləri oğurlandı
8 dekabr 2025
# 12:28

Braziliyanın San-Paulu şəhərində yerləşən Mario de Andrade adına şəhər kitabxanasına silahlı şəxslər daxil olaraq Henri Matisse və Kandido Portinarinin sərgidə nümayiş etdirilən qravürlərini oğurlayıblar.

Kulis.az xəbər verir ki, hadisə 7 dekabr səhəri baş verib və quldurlar “Kitabdan muzeyə” adlı ekspozisiyadan Matisseyə məxsus səkkiz, Portinariyə məxsus isə beş qravür aparıblar.

Qeyd edək ki, eksponatların sığortalı olduğu və binada müşahidə kameralarının çalışdığı bildirilir; bütün görüntülər artıq polisə təqdim edilib və şübhəlilərin kimliyi müəyyənləşdirilib.

# 393 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər