Məşhur yazıçıya Azərbaycana gəlmək qadağan olunub

Məşhur yazıçıya Azərbaycana gəlmək qadağan olunub
12 iyun 2017
# 10:47

Tanınmış rus yazıçısı və siyasətçisi Eduard Limonov qondarma Qarabağa Respublikasına qanunsuz səfər etdiyinə görə Azərbaycana gəlişi yasaqlanıb.

Kulis.az “İnterfax - Azərbaycan” istinadən xəbər verir ki, Azərbaycanın Xarici işlər nazirinin rəsmi nümayəndəsi Hikmət Hacıyev bu barədə danışaraq bildirib:

“Limonov məsələsinə baxılıb, onun Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri barədə xəbər təsdiqini tapıb. O, öz adını yenilənmiş qara siyahıda tapa bilər.”

Xatırladaq ki, Limonovun rəhbərlik etdiyi Milli-bolşevik partiyasının 5 dəfə qeydiyyata alınmasından imtina edilib. 2007-ci ildə partiya məhkəmə tərəfindən ekstremist təşkilat olaraq tanınıb və onun fəaliyyəti Rusiya ərazisində qadağan edilib. Partiya Rusiya ərazisində ilk qadağan edilmiş təşkilatdır.

# 1553 dəfə oxunub

Müəllifin son yazıları

# # #