III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir
29 may 2024
# 13:13

Elmlər Akademiyası parkında keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir.

Kulis.az xəbər verir ki, festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və digər qurumların dəstəyi ilə təşkil olunub.

Festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr edilib.

Qeyd edək ki, türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil edilir. Festivalda müxtəlif nəşriyyatlar, o cümlədən, yazıçılar öz kitablarını nümayiş etdirirlər. Eyni zamanda festivalda bir-birindən maraqlı əl işləri də sərgilənir.

Azərbaycan elminin və mədəniyyətinin inkişaf etdirilməsi baxımından əlamətdar hadisə sayılan kitab sərgisində türk tarixi və ədəbiyyatı barədə kitablara üstünlük verilib.

Qeyd edək ki, III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mayın 31-dək davam edəcək.

# 609 dəfə oxunub

Müəllifin son yazıları

# # #