Coker haqqında film komikslər əsasında çəkilməyəcək

Coker haqqında film komikslər əsasında çəkilməyəcək
10 iyul 2019
# 11:30

“DC Comics”in personajı Coker haqqında film komikslərdə olmayan original ssenari əsasında çəkiləcək.

Filmin rejissoru və ssenari müəllifi Todd Fillips bunu “Empire” nəşrinə müsahibəsində bildirib.

Fillips deyib: “Biz komikslərdən heç nə götürməmişik, Coker barədə öz versiyamızı yazmışıq”.

Filmdə baş rolu Hoakin Feniks ifa edəcək. Feniksi böyük aktyor adlandıran Fillipsin sözlərinə görə, ssenari üzərində işləyərkən aktyorun fotosu onun kompüterinin üstündə olub.

Hoakin Feniks üç dəfə, o cümlədən Ridli Skottun “Qladiator” filmində Roma İmperatoru Kommod roluna görə “Oskar” mükafatına namizəd irəli sürülüb. O, həmçinin “Xətti aşmaq” filmində müğənni Conni Keş roluna görə “Qızıl Qlobus” mükafatına layiq görülüb. /azertag.az/

# 1962 dəfə oxunub

Müəllifin son yazıları

# # #