Argentinalı rəqqaslar Leandro Boyko və Mikaela Qarsiya Buenos Airesdə keçirilən Dünya Tanqo Çempionatında səhnə kateqoriyasında birinci olublar.
Kulis.az xəbər verir ki, çempionat 20 avqust-2 sentyabr tarixlərində keçirilən Tango BA Festivalı çərçivəsində baş tutub.
Yarışmada 50-dən çox ölkədən rəqqaslar iştirak edib, cütlüklər “Salon tanqosu” və “Səhnə tanqosu” üzrə mübarizə aparıblar.
Qeyd edək ki, festival çərçivəsində 500-dən çox tədbir təşkil olunub və 2 mindən artıq sənətçi səhnəyə çıxıb.
Dünya Tanqo Çempionatının qalibi müəyyənləşdi
