Dünya şöhrətli rejissoru qadın düşməni elan etdilər

Dünya şöhrətli rejissoru qadın düşməni elan etdilər
16 fevral 2018
# 10:03

Kim Ki Dukun Beynəlxalq Berlin festivalında iştirakı tənqid olunub.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur Cənubi Koreya rejissorunu təcavüzdə ittiham edirlər.

Festivalın təşkilatçıları tənqidləri rədd edərək bu fikrin müzakirə predmeti olduğunu açıqlayıb.

Builki Berlin festivalı təcavüzə və qadın haqlarına həsr olunub. Kim Ki Dukun “Ada” və “Mebius” filmləri tez-tez qadın düşmənçiliyi kimi qələmə verilib.

2017-ci ildə rejissoru aktrisa seksual təcavüzdə günahlandırmışdı. Hadisə “Mebius” filminin çəkilişləri vaxtı baş verib. Aktrisanın sözlərinə görə, rejissor onu xoşagəlməyən səhnələrdə çəkilməyə məcbur edib.

Xatırladaq ki, Kim Ki Duk baş verən insidenti təsdiq edib, lakin təcavüzün olmadığını açıqlayıb.

# 1135 dəfə oxunub

Müəllifin son yazıları

# # #