MDB ölkələri kinostudiya rəhbərlərinin görüşü keçirildi

MDB ölkələri kinostudiya rəhbərlərinin görüşü keçirildi
25 avqust 2022
# 14:00

Rusiyanın Sankt-Peterburq şəhərində “Lendok” kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş genişmiqyaslı tədbirlər keçirilib.

Bu barədə APA-ya “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Bilidririlib ki, “Lendok” kinostudiyasında Beynəlxalq Lendok Film Festivalının təntənəli açılış mərasimi baş tutub. Festivalda dövlət və hökumət təmsilçiləri, MDB ölkələrinin studiya rəhbərləri və prodüser mərkəzlərinin, onlayn platformaların nümayəndələri, rejissor, prodüser, kinotəndiqçi və jurnalistlər iştirak ediblər.

MDB ölkələri kinostudiyalarının istehsalı olan, “Qızl kolleksiya”ya daxil edilmiş filmlər də festival çərçivəsində tamaşaçılara təqdim olunub. “Azərbaycanfilm”in istehsalı olan “İstintaq” (1979, rejissor Rasim Ocaqov) filmi də bu tədbir çərçivəsnidə geniş tamaşaçı auditoriyasına nümayiş olunub.

Qeyd edək ki, festival çərçivəsində MDB ölkələrinin birgə istehsalı üçün nəzərdə tutulmuş müsabiqə-pitçinq və Beynəlxalq Konfrans keçirilib. Tədbirdə ölkəmizi “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov təmsil edib.

# 945 dəfə oxunub

Müəllifin son yazıları

# # #