#

“Naməlum Qadının məktubu" tamaşası təqdim olunacaq

“Naməlum Qadının məktubu" tamaşası təqdim olunacaq
10 sentyabr 2019
# 17:11

Sentyabrın 12-i saat 19.30-da ŞAH MAT teatrında "Naməlum Qadının məktubu" tamaşası nümayiş olunacaq.

Kulis.az-ın məlumatına görə, yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanan səhnə əsəri “Zirzəmi teatrı” üslubunda olan ŞAH MAT Teatrı tərəfindən təqdim edilir.

Gənc aktrisa Günel İmanovanın rol aldığı tamaşa rejissor Mir Qabil Əkbərovun quruluşunda hazırlanıb.

Tamaşaçılara təqdim olunan nümunə "Qara qutu" üslubunda və minimalizm yanaşması ilə hazırlanıb.

"Naməlum Qadının məktubu" İslam Səfərli 13 ünvanında yerləşən "ETUD Cafe & Bar"da nümayiş olunacaq. Biletlərin qiyməti 3 manatdır.

# 2474 dəfə oxunub

Müəllifin son yazıları

# # #