Məşhur komiks 3,1 milyon dollara satıldı

Məşhur komiks 3,1 milyon dollara satıldı
8 aprel 2022
# 13:21

"Marvel Comics"in ilk "Kapitan Amerika" adlı komiksi hərraca çıxarılıb.

Kulis.az xəbər verir ki, komiks adı açıqlanmayan şəxs tərəfindən 3,1 milyon dollara satın alınıb.

Qeyd edək ki, 1941-ci ildə nəşr olunan komiks ilk dəfə 10 sentə satılıb. Jurnalın üz qabığında İkinci Dünya müharibəsi mövzusu əks olunub və əsas qəhrəmanın Adolf Hitlerə qarşı “döyüşdüyü" əks edilib.

# 1201 dəfə oxunub

Müəllifin son yazıları

# # #