Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunuruq

Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunuruq
5 sentyabr 2019
# 19:20

Sentyabrın 4-də 32-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlamışdır.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, kitab sərgisində “Azərnəşr”, “Şərq-Qərb” və “Azərkitab” nəşriyyatlarının mərkəzləri də sərgidə iştirak edir.

Sərgidə 30-dan çox ölkədən 150 və Rusiya Federasiyasından 300-dən çox nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar öz nəşr məhsullarını nümayiş etdirir. Əvvəlki illərlə müqayisədə daha geniş sahədə və xüsusi dizaynda qurulmuş Azərbaycan stendi və burada nümayiş olunan kitablar sərgiyə gələnlərin diqqətini çəkir, ziyarətçilər tərəfindən böyük marağa səbəb olur.

MDB-nin "Kitab sənəti" beynəlxalq müsabiqəsinin qalibləri sərgi çərçivəsində sentyabrın 6-da diplomlarla təltif olunacaqlar.

Sərgi sentyabrın 8-ə kimi davam edəcəkdir.

# 1940 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #