Ukraynada Müslüm Maqomayevin adına küçə verilib

Ukraynada Müslüm Maqomayevin adına küçə verilib
24 iyul 2019
# 14:28

Ukraynanın Dnepr şəhərində küçələrdən birinə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adı verilib.

APA-nın “Ukrinfrom”a istinadən verdiyi xəbərə görə, Dnepr Şəhər Şurasının deputatları Sobornı rayonunda yerləşən 8 Mart küçəsinə Müslüm Maqomayevin adının verilməsi barədə qərar qəbul ediblər.

Qeyd edək ki, həmin küçəyə M. Maqomayevin adının verilməsi təklifi ilə “Dnepropetrovşina azərbaycanlılarının Liqası” təşkilatı çıxış edib.

# 2458 dəfə oxunub

Müəllifin son yazıları

# # #