Cüneyt Arkının vəsiyyəti üzə çıxıb.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən gecə yatdığı xəstəxanada həyatını itirən Cüneyt Arkının vəsiyyəti bəlli olub.
Atlara marağı ilə tanınan Arkın qatıldığı proqramda "atımın yanında dəfn olunmaq istədim. Amma sonra səhv başa düşüləcəyindən qorxdum. Məni valideynlərimin yanında dəfn edin" deyib.
Qeyd edək ki, unudulmaz filmləri ilə türk kinosunda iz qoyan əfsanəvi aktyor bu gün 84 yaşında vəfat edib.