Əfsanəvi fransız aktyor Alen Delon Kann kinofestivalının fəxri “Qızıl palma" mükafatı ilə təltif olunub.
ONA-nın aif.ru saytına istinadən verdiyi məlumata görə, mükafatlandırma mərasimi Delonun baş rolda oynadığı, 1976-cı ildə çəkilmiş “Müsyö Klyayn” filminin nümayişindən sonra keçirilib.
Aktyorun sözlərinə görə, uzun müddət mükafatı götürməkdə tərəddüd etsə də, sonradan nə vaxtsa birlikdə çalışdığı rejissorlara ehtiramını bildirmək qərarına gəlib.
- Yurdu azad olan şairdən Qələbə şeirləri: Vətən аnа, tоrpаq nаmus...
- Nolanın "Odisseya"nı çəkəcəyi yer məlum oldu
- BMU-da “Oxu, yarat, ilham al!” mövzusunda tədbir təşkil olundu
“Mən lazımsız döyüşdə iştirak etmək istəməyən boksçu kimiyəm, gərəksiz filmdə çəkilmək istəmirəm”, – Delon deyib.
Qeyd edək ki, 83 yaşlı aktyor teatrda çalışır və teleseriallara çəkilir.