Aftandil İsrafilovla vida mərasimi keçirildi

Aftandil İsrafilovla vida mərasimi keçirildi
30 aprel 2023
# 12:00

Qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Heydər Məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər, həmçinin media mənsubları iştirak ediblər.

Vida mərasimi yekunlaşdıqdan sonra mərhumun cənazəsi II Fəxri xiyabana aparılaraq dəfn edilib.

Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Xalq artisti aprelin 29-da vəfat edib.

# 2448 dəfə oxunub

Müəllifin son yazıları

# # #