“Terminator” filmini məhkəməyə verən yazıçı öldü

“Terminator” filmini məhkəməyə verən yazıçı öldü
29 iyun 2018
# 09:46

Tanınmış fantast yazıçı vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, amerikan yazıçı Harlan Ellison 84 yaşında dünyasını dəyişib.

Yazıçının ölümünü səhər tezdən xanımı görüb.

Harlan Ellison iki minə yaxın hekayə, esse, oçerk və məqalənin müəllifidir. Yazıçı 1984-cü ildə “Terminator” filminin yaradıcılarına qarşı plagiat iddiası irəli sürmüşdü. O, iddia etmişdi ki, film onun “Əsgər” və “Şüşə əlli şeytan” hekayələri əsasında çəkilib. Məhkəmədə Ellisonun tələbləri təmin olunmuşdu.

# 1169 dəfə oxunub

Müəllifin son yazıları

# # #