Romada “Azərbaycan tarının sehrli gecəsi”

Romada  “Azərbaycan tarının sehrli gecəsi”
19 may 2025
# 09:40

İtaliyanın paytaxtı Romada keçirilən Beynəlxalq Muzeylər Gecəsi (Notte dei Musei 2025) çərçivəsində Azərbaycan musiqisi təqdim olunub.

Kulis.az xəbər verir ki, ölkəmizin İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin dəstəyi ilə Romanın mərkəzindəki “Sala Santa Rita” salonunda keçirilən proqramda mərkəzin direktor müavini Gülnar Tağızadə musiqiçiləri təqdim edib.

“Azərbaycan tarının sehrli gecəsi” adlı ikihissəli proqramda tanınmış musiqiçilər – Şəhriyar İmanov (tar), Şükür Əliyev (zərb) və İlqar Əliyev (klaviş) çıxış edərək milli musiqimizin ənənəvi və müasir çalarlarını bir araya gətirib, dünya musiqisindən də parçalar ifa ediblər. Konsert proqramı paytaxt sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, ölkəmiz artıq üçüncü ildir “Muzeylər gecəsi”nə qatılır.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #