“Lent.az”dan Cümhuriyyətin 100 illiyinə hədiyyə

“Lent.az”dan Cümhuriyyətin 100 illiyinə hədiyyə
27 iyun 2018
# 13:49

Lent.az”ın 10 yaşı münasibəti ilə “100 ilin əmanəti” adlı kitab çapdan çıxıb.

Kulis.azın verdiyi məlumata görə, kitab “Lent.az” saytının “Cümhuriyyətimiz” layihəsi çərçivəsində işıq üzü görüb.

Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, fəaliyyəti, süqutu və 1918-1920-ci illərdə mövcud olmuş dövlətimizin qurucularının həyatı araşdırılıb. Tanınmış müəlliflər tərəfindən hazırlanmış araşdırma-yazılarda Xalq Cümhuriyyəti və onun qurucularının həyatına aid ilk dəfə yayımlanan faktlar yer alıb.

“100 ilin əmanəti” kitabının ideya müəllifi APA Holdinqin prezidenti Vüsalə Mahirqızı, redaktoru “Lent.az” saytının baş direktoru Qabil Abbasoğludur.

Kitabda Cavid Cabbaroğlu, Mehriban Ələkbərzadə, Anar Yusifoğlu, İlham Tumas, Zakir Sadatlı, Səbuhi Məmmədli və digər tanınmış müəlliflərin yazıları yer alıb.

Xatırladaq ki, kitabın təqdimat mərasimi bu gün saat 18-də “Libraff” kitab mağazasında (“Elmlər Akademiyası” metrosunun yaxınlığı) keçiriləcək.

# 1186 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #