Bayrağı təhqir edən erməni rəqqasə

Bayrağı təhqir edən erməni rəqqasə
12 mart 2015
# 13:19

Misirdə göbək rəqsi ifa edən məşhur erməni rəqqasə Sofinaza Misir bayrağını təhqir etdiyinə görə ittiham irəli sürülüb. “Kulis”in rus mətbuatına istinadən verdiyi məlumatına görə təqsiri sübuta yetirildiyi halda rəqqasəni iki il həbs gözləyir.

İttihamnaməyə əsas adı açıqlanmayan mehmanxana sahibəsinin şikayəti olub. Rəqqasənin ağ-qara kostyumda, qarnında isə qartal rəsmi ilə çıxış etməsi mehmanxana sahibəsinin hiddətlənməsinə səbəb olub. Rəqqasə saxlanılsa da 2.620 dollar qarşılığında zaminə buraxılıb.

Qanunda dövlət bayrağını təhqirə görə, 4 min dollar cərimə və iki il müddətinə həbs nəzərdə tutulub. Bayrağı təhqir etməyə onu solğun və ya cırıq vəziyyətdə asmaq, satmaq, ondan şüarlarda və rəsmlərdə istifadə etmək aiddir.

# 1063 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #