Tərlan Paşasoy: "Xoşbəxt rəqqasə" Ən qısa hekayə

Tərlan Paşasoy: "Xoşbəxt rəqqasə" Ən qısa hekayə
17 dekabr 2013
# 19:00

Kulis.Az Tərlan Paşasoyun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Xoşbəxt rəqqasə” (486 işarə) hekayəsini təqdim edir.

Sevdiyi oğlanı yağışlı bir payız səhəri müharibəyə yola salmışdı. İçindən dəli bir ağlamaq keçmişdi o zaman, ağlamışdı da. Yağan yağış Onun göz yaşlarını yuyur, bununla sanki Ona təsəlli vermək istəyirdi. Tez-tez məktublar alırdı, onları sevinc qarışıq kədərlə oxuyurdu.

Yağışlı bir payız günü yenə məktub aldı. İnanmadı, inanmaq istəmədi. Ağlamaq istədi, bacarmadı. Dünya gözlərində qaranlığa qərq oldu. Ayrılıb dünyadan, öz dünyasına çəkildi. Yağışın sədaları altında rəqs etməyə başladı. O, öz xəyal dünyasında çox xoşbəxt idi və daha bu dünyaya qayıtmayacaqdı.

# 1861 dəfə oxunub

Müəllifin son yazıları

# # #