Nicat Həşimzadənin kitabının təqdimatı keçirildi - Fotolar

Nicat Həşimzadənin kitabının təqdimatı keçirildi - Fotolar
1 iyul 2019
# 11:22

Nicat Həşimzadənin yeni kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, gənc yazar Nicat Həşimzadənin sayca üçüncü kitabı olan “Boşluqdan qaçış” romanında gənc nəslin yaşadığı mənəvi boşluğun səbəbləri axtarılır. Romanda həmçinin maddi çətinliyin sevgi münasibətlərinə necə əngəl olduğu mövzusuna da toxunulub.

Kitabın təqdimat mərasimi Kitabevim.az-da keçirilib.

Müəllif kitabda əsasən yaradıcı adamların yaşadığı dərin boşluğun mahiyyətini və sənətə təsirini izah etməyə çalışıb. Həmçinin ölkəmizdə yaradıcı zəkaya sahib olan gənclərin problemləri də əsas qəhrəmanın dili ilə oxuculara çatdırılıb. Boşluq daim bizi təqib edir, bütün həyatımız boyu boşluqdan qaçırıq. Romanda toxunulan əsas mövzulardan biri də ailə təzyiqlərinə görə gənc nəslin azadlığının məhv edilməsidir. Romanın qəhrəmanı cəmiyyətdəki bozluqdan və daxilindəki boşluqdan qaçır.

Onu da qeyd edək ki, “Boşluqdan qaçış” müəllifin ilk romanıdır. Bundan əvvəl çap olunmuş “Qogenin ikinci qadını” və “İndulgensiya” kitablarında Nicat Həşimzadənin qısa hekayələri və publisist yazıları çap olunmuşdur.

Təqdimatdan fotoları təqdim edirik.

Görüntünün olası içeriği: 3 kişi, Nicat Həşimzadə dahil, gülümseyen insanlar, oturan insanlar

Görüntünün olası içeriği: 4 kişi, Rovshen Yerfi ve Necef Esgerzade dahil, ayakta duran insanlar

Görüntünün olası içeriği: 4 kişi, Mübariz Örən ve Azad Qaradereli dahil, gülümseyen insanlar, ayakta duran insanlar

Görüntünün olası içeriği: 3 kişi, Nicat Həşimzadə dahil, ayakta duran insanlar

# 1989 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #