Azərbaycan almanlarından bəhs edən kitab çıxdı

Azərbaycan almanlarından bəhs edən kitab çıxdı
29 iyul 2021
# 16:51

Almaniyada yaşayan məşhur yazıçı Orhan Arasın “Helenendorfun sonuncu şahidi” adlı kitabı çap olunub.

Kulis.azın vediyi xəbərə görə, 19-cu əsrin əvvəllərində Qafqaza köç edib gəlmiş almanların Azərbaycan ərazilərində qəsəbə və kəndlər salaraq yaşamasından bəhs edir.

Gəncə yaxınlığındakı Helenendorf qəsəbəsində, Qazax rayonunun kəndlərində alman əsilli insanlarla görüşlərində insan taleləri, onların həyata olan sevgiləri təsvir olunur.

Sonuncu alman Sami ilə görüşlərində müəllifin qələmə aldığı söhbət səhnələrini oxuduqca acı taleli bu insanların arzu və istəklərinin soyuq Sibir çöllərində sona yetməsini ağrısız təsəvvür etmək olmur.

Birinci Qarabağ müharibəsində Şuşadan köçkün düşən tarix müəlliminin də taleyindəki ağrılı naxışlar alman əsilli Saminin taleyi ilə üst-üstə düşür.

Əsərdə Azərbaycanın zəngin təbiəti, insanların qonaqpərvərliyi, mənəvi dəyərlər, tolerantlıq dəyərləri qabardılır.

“Qanun” nəşriyyatında çap olunan kitabı Türkiyə türkcəsindən dilimizə şair-publisist Nazim Əhmədli uyğunlaşdırıb.

# 1615 dəfə oxunub

Müəllifin son yazıları

# # #