“Matriks” filminin dördüncü hissəsi çəkiləcək

“Matriks” filminin dördüncü hissəsi çəkiləcək
21 avqust 2019
# 13:23

Amerikalı aktyorlar Kianu Rivz və Kerri-Enn Moss “Matriks” (The Matrix) filminin dördüncü hissəsində çəkiləcəklər.

Bu barədə “Warner Bros.” studiyasının idarə heyətinin sədri Tobi Emmerix bildirib.

Onun sözlərinə görə, ekran əsərinin rejissoru Lana Vaçovski olacaq. Bu xanım həmçinin Aleksandr Xemon və Devid Mitçell ilə birlikdə ssenarinin yazılmasında da iştirak edib.

ABŞ-ın “Variety” jurnalının yazdığına görə, filmin çəkilişləri 2020-ci ildə başlayacaq.

Qeyd edək ki, “Matriks” filmin birinci seriyası 1999-cu ildə ekranlara çıxıb. Əsər dörd “Oskar” mükafatına layiq görülüb. Sonradan filmin süjeti “Matrix: Reloaded” və “Matrix: Revolutions” seriyalarında davam etdirilib. /azertag.az/

# 1771 dəfə oxunub

Müəllifin son yazıları

# # #