Fazil Mustafa: "Gücləri qadına, uşağa çatır və onları öldürürlər "

Fazil Mustafa:  "Gücləri qadına, uşağa çatır və onları öldürürlər "
18 oktyabr 2023
# 12:25

"Qadın ölümlərinin sayının artması cəmiyyətin ümumi mədəniyyət səviyyəsinin aşağı olmasının göstəricisidir. Bu da cəmiyyət içi aqressiyadan qaynaqlanır".

Kulis.az xəbər verir ki, bu sözləri Millət vəkili Fazil Mustafa feysbukda yazıb.

Onun sözlərinə görə, kişilər hansısa bir məkanda təhqir edildikləri üçün bunun acığını evdən çıxırlar:

"Nəticədə gücləri qadına, uşağa çatır və onları öldürürlər. Yaxud da işsizlik, sosial problemlərdən qaynaqlanan məsələlər var ki, bunların hamısı birlikdə insanlarda vəhşilik elementlərini yaradır. Cəmiyyətdə problemlərin sağlam müzakirəsi aparılmalıdır. İnsanlar buna alışdırılmalı, mədəni müzakirəni qəbul etməlidirlər".

# 726 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #