Almanlarla fransızlar saz haqda film çəkdilər

Almanlarla fransızlar saz haqda film çəkdilər
2 aprel 2019
# 15:25

Alman musiqiçisi Petra Nachtmanova musiqi aləti olan saz haqqında film çəkib.

Berlində “Türk məhəlləsi” kimi tanınan Kreuzberqdə sazı dinlədiyini söyləyən filmin müəllifi deyib: “Sazın əfsanəvi ritmi məni heyran etdi. Rejissor Stepan Talneau ilə birlikdə bu ovsunlayıcı musiqi aləti haqqında film çəkdik”.

Ekran əsərinin ilk nümayişi aprelin 5-də Türkiyədə keçirilən film festivalında baş tutacaq.

Alman və fransız sənətçilərin birgə yaradıcılıq işi olan filminin çəkilişlərinə Berlində başlanılıb, sonrakı çəkilişlər Bosniya və Herseqovina, Albaniya, Bolqarıstan, Türkiyə, Gürcüstan və İranda aparılıb.

P.Nachtmanova ekran əsərini musiqinin sehrli gücünü ifadə edən uzun bir hekayə və təsirli səyahət filmi olduğunu söyləyib./azertag.az/

# 2095 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #