Aşağı en, toxun mənə, ilahi! - Mintac Elsevərin şeiri...

Mintac Elsevər, jurnalist

Mintac Elsevər, jurnalist

28 aprel 2022
# 13:00

Kulis.az jurnalist Mintac Elsevərin "İsaya ithaf" şeirini təqdim edir. Şeir ötən il intihar edən 17 yaşlı İsa Almaməmmədovun anasının dilindən yazılıb. Qeyd edək ki, bir il öncə şair Rüstəm Behrudinin qardaşı İlham Alməmmədovun 17 yaşlı oğlu İsa Alməmmədov yaşadığı evin 15-ci mərtəbəsindən özünü ataraq intihar edib. İntiharın səbəbi bu günə qədər məlum deyil.

Alan varsa mən bu ömrü satıram...
Tanrı verib, Tanrı alıb qanmıram!
Çarmıxdayam, qanı axan İsayam!..
Axan qanı görürsənmi ilahi?!..

İsa oydu, ömür onun ömrüydü.
Mən doğurdum, o yaşadı, öyündüm!
Elə getdi, elə bitdi, mən öldüm...
Ölümümü görürsənmi ilahi?!...

Aşağı en, toxun mənə ilahi...
Bax gör, necə yanır saçlarım!
Sən özün ver bu əmrinə izahı...
İzahını bilirsənmi ilahi?!..

Alnıma yazdığın bu yazı nəydi?
Sən aldığın İsa yanır içimdə!..
Dönməyəcək, orda görsən İsanı
De ki, burda biri yanır ilahi!..

# 2962 dəfə oxunub

Müəllifin son yazıları

# # #