Britaniyalı yazıçı ad gününü qeyd edərkən öldü

Britaniyalı yazıçı ad gününü qeyd edərkən öldü
22 avqust 2017
# 10:37

Britaniyalı yazıçı Brayan Oldis vəfat edib. Kulis.az-ın rus mətbuatına verdiyi xəbərə görə, o evində, 92 yaşını qeyd edərkən dünyasını dəyişib.

Oldis Britaniyanın elmi fantastika janrında yazan ən məşhur müəlliflərindən sayılır. O, 100-dən artıq kitabın müəllifi və redaktorudur.

Brayan Oldisin “Superoyuncaqlar bütün yaya bəs edəcək” hekayəsi əsasında Stiven Spilberq “Süni ağıl” filmini çəkib.

Oldiss həm də “Hellikoniya” trilogiyası ilə də məşhurdur.

# 1271 dəfə oxunub

Müəllifin son yazıları

# # #