Qalmaqallı menecer saxlanıldı

Qalmaqallı menecer saxlanıldı
24 yanvar 2025
# 09:33

Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, “İD Consultancy” şirkətinin sahibi Ayşe Barım saxlanılıb.

Kulis.az xəbər verir ki, son günlər adı qalmaqallarda hallanan menecer saxlanılmasına səbəb 2013-cü ildə Türkiyədə baş verən “Gəzi Parkı” hadisələri olub.

O, Türkiyə Cümhuriyyətini devirməyə cəhd və öz vəzifələrini yerinə yetirməsinə mane olmaq ittihamı ilə saxlanılıb.

Barımın evində və iş yerində axtarış aparılıb, barəsində istintaq başladılıb.

Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdQalmaqallı menecer saxlanıldıığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhur adı təmsil edən ID İletişim şirkəti haqqında araşdırma başladıb.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #