Məşhur rejissor ABŞ-a ekstradisiya oluna bilər

Məşhur rejissor ABŞ-a ekstradisiya oluna bilər
28 oktyabr 2015
# 11:11

Polşanın keçmiş baş naziri Yaroslav Kaçinski dünya şöhrətli rejissor Roman Polanskinin ABŞ-a ekstradisiya oluna biləcəyini deyib. Kulisin rus mətbuatına istinadən verdiyi xəbərə görə ABŞ avqust ayından rejissorun ekstradisiyası barədə sorğu göndərib.

Kaçinsi qeyd edib günahı təsdiqlənəcəyi təqdirdə rejissor məşhurluğundan istifadə edib cəzadan yayına bilməz.

Polanski 2009-cu ildə Sürixdə keçirilən kinofestival zamanı həbs edilmişdi. O, 1977-ci ildə yetkinlik yaşına çatmamış Samanta Heymer adlı bir zorlamaqda ittiham olunurdu. 4.5 milyon dollar girov müqabilində azadlığa buraxılan rejissoru İsveçrə hökuməti 2010-cu ildə azad edərək onu ABŞ-a ekstradisiya etməkdən imtina eləmişdi.

# 1720 dəfə oxunub

Müəllifin son yazıları

# # #