Azərbaycanlı gənc şairin kitabı Təbrizdə çap olundu

Azərbaycanlı gənc şairin kitabı Təbrizdə çap olundu
2 dekabr 2020
# 18:59

Təbrizdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair İntiqam Yaşarın kitabı çap olunub.

Kulis.az xəbər verir ki, Təbriz şəhərində fəaliyyət göstərən “Nəbati” nəşriyyatını İntiqam Yaşarın yeni kitabını çap edib.

Müxtəlif illərdə qələmə alınmış şeirlərdən ibarət kitabı Fars əlifbasına təbrizli gənc şair Əli Nurvəş köçürüb. Kitabın dizayneri isə Kiyumərs Nizamiyandır. “Bütün xatirələr sənə qalacaq” adlanan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab yaxın günlərdə kitab evlərində satışda olacaq.

# 1502 dəfə oxunub

Müəllifin son yazıları

# # #