"İmtahan" serialının Eldarı insult keçirdi

"İmtahan" serialının Eldarı insult keçirdi
20 avqust 2019
# 10:25

Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov xəstəxanaya yerləşdirilib.

Aktyorun yaxınlarının Kulis.az-a verdiyi xəbərə görə, aktyor gecə saatlarında insult keçirib və Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.

Xatırladaq ki, geniş tamaşaçı kütləsi Məhərrəm Qurbanovu “İmtahan” serialının Eldarı kimi tanıyır.

Aktyor həmçinin “Qız Qalası”, “Ərazi” filmlərini də çəkilib.

# 2340 dəfə oxunub

Müəllifin son yazıları

# # #