Aktyor səkkiz ildir xərçənglə mübarizə apardığını açıqladı

Aktyor səkkiz ildir xərçənglə mübarizə apardığını açıqladı
11 may 2023
# 11:30

İsveçli aktyor Dolf Lundqren ilk dəfə səkkiz ildir xərçənglə mübarizə apardığını açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Həkimlər sənətçidə ilk dəfə 2015-ci ildə böyrək nahiyəsində şiş aşkar ediblər.

“2020-ci ildə İsveçə qayıtdım və MRT-dən keçdim. Həkimlər bu sahədə daha bir neçə şişin olduğunu müəyyən etdilər”, - deyə aktyor açıqlamasında bildirib.

Aktyorda 2021-ci ilin payızında "Aquaman" və "The Expendables" filmlərinin davamını çəkmək üçün Londona gələndə onda daha bir neçə şiş aşkar edilib.

İkinci həkim onun müalicə edərkən şişlərinin təxminən 20-30% azaldığını müşahidə edib.

# 907 dəfə oxunub

Müəllifin son yazıları

# # #