Rusiyalı violin ifaçısı Bakıda çıxış edəcək

 Rusiyalı violin ifaçısı Bakıda çıxış edəcək
16 avqust 2019
# 12:06

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiyanın məşhur violin ifaçısı Sergey Doqadin çıxış edəcək.

Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konserti Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün konserti və görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Arif Məlikovun əziz xatirəsinə həsr olunmuş müəllifin 6 saylı Simfoniyası səslənəcək. /azertag.az/

# 1062 dəfə oxunub

Müəllifin son yazıları

# # #