Cim Kerri rusların əlindən Facebooku bağladı

Cim Kerri rusların əlindən Facebooku bağladı
7 fevral 2018
# 10:26

Cim Kerri Facebook hesabını bağladığını elan edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur aktyor bu addımı “rusların təzyiqin”ə görə atıb.

“Mən gələcək üçün düşünən bütün investorları da bu aksiyaya çağırıram. Rusların təzyiqindən xilas olmaq üçün hesabımı dondurdum”. – Cim Kerri açıqlamasında bunları söyləyib.

Xatırladaq ki, keçən il Morqan Friman ABŞ-dakı demokratiyanı Rusiyadan qorumağın vacib olduğunu bildirmişdi.

# 1070 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #