İspan siyasətçi Nazim Hikmətin şeirini oxudu

İspan siyasətçi Nazim Hikmətin şeirini oxudu
13 yanvar 2016
# 10:22

İspaniyanın şərqində yerləşən Kataloniya muxtar vilayətinin rəhbəri Carles Puigdemont Nazim Hikmətin misralarını oxuyub. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə o, vəzifəsini təhvil aldığı rəsmi mərasimdə çıxışına “Çox şeylər yaşadığımız uzun bir səyahətdən gəlirik, amma yorulmadık” fikrilə başlayıb.

Puigdemont daha sonra Nazim Hikmətin bir şeirindən “Ən gözəl dəniz hələ gedilməmiş olandır” misralarını söyləyib.

Puigdemont 2010-cu il dekabr ayından Kataloniya muxtar vilayətinin rəhbəri olan Artur Masın yerinə keçib.

# 949 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #