Amerika yazıçısı, Nobel mükafatı laureatı Con Steynbekin şəxsi əşyaları satışa çıxarılıb.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, auksiona qoyulmuş əşyalar arasında yazıçının ailə şəkillərindən ibarət albomu, tuncdan hazırlanmış heykəli, məktubları, "Qəzəb salxımları" romanının ilkin əlyazması, buz üçün gümüş vedrəsi və şəxşi blaknotu da yer tutacaq.
Auksionçular qeyd edirlər ki, yazıçının arxivində Amerika prezidenti Con Kennedinin ölümündən beş ay sonra Steynbek tərəfindən yazlmış məktub da var. Məktub Kennedinin xanımı Jaklinin bioqrafiq məlumatları əsasında tərtib olunub. Güman olunur ki, Steynbek Kennedi haqqında rəsmi tərcümeyi-hal yazmağa hazırlaşırmış.
- Filip Kirkorova ağır itki
- Respublika Uşaq Kitabxanası Uşaq Festivalında iştirak etdi
- Yenidən birlikdə işləyəcəklər
Əlyazmanın auksion qiyməti 2500 dolları ötmüşdür.